Xorvatiya millisində gözlənilən ayrılıq reallaşıb. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Niko Kovaç istefaya göndərilib. Buna xorvatların seçmə mərhələnin son iki turunda uğursuz nəticələri səbəb olub.
Məlumat üçün deyək ki, Xorvatiya seçməsi sentyabrın 3-də Bakıda millimizlə qolsuz bərabərliyə razılaşıb. 3 gün sonra isə komanda səfərdə Norveçə 0:2 hesabı ilə uduzub.
Yeni baş məşqçinin kimliyinə sentyabrın 21-nə kimi aydınlıq gələcək.