Nazirdən erməni futbolçu ilə bağlı açıqlama

10:23 10 Sentyabr 2015

Bakıda keçiriləcək şahmat üzrə dünya kubokunda Gənclər və İdman naziri Azad Rəhimov erməni şahmatçı Levan Aronyanın ölkəmizə gəlişindən danışıb.

 

Sportarena.az xəbər verir ki, jurnalistlərdən birinin “Borussiya”nın hücumçusu Henrik Mxitaryanın Azərbaycana səfəri hazırda müzakirə olunur. Nəzərə alsaq ki, Levon Aronyan da Dağlıq Qarabağda keçirilən şahmat turnirində iştirak edib. Deməli, Mxitaryan da Bakıya gələcək” sualını Azad Rəhimov belə cavablandırıb:

 

“Qanuna görə Dağlıq Qarabağa səfər edənlər ölkəmizə gələ bilməzlər. Amma bəzi hallarda istisnalar olur. Elə olur ki, həmin şəxslər səfərə görə üzr istəyirlər. Ya da onlar Dağlıq Qarabağa səfərlərini məlumatsızlıqla əlaqələndirirlər. Ona görə də biz bəzən idmanla bağlı məsələlərdə güzəştə gedirik”. (futbolxeber.az)


Digər xəbərlər

Xəbər xətti