Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Qəbələdə tam heyətlə ilk məşqinə çıxan "Qəbələ" məşqdən öncə xoş sürprizlə qarşılaşıb.
Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, "Qəbələ"nin futbol akademiyasının komandaları əsas komandanı məşq meydançasında alqışlarla qarşılayıblar.
Ardından isə əsas heyət üzvlərinə paxlava ikram edilib. Akademiya futbolçuları qarşısında qısa çıxış edən baş məşqçi Roman Qriqorçuk onlara təşəkkür edib və belə addımların onları həvəsləndirdiyini, daha məsuliyyətli olmağa sövq etdiyini deyib.