"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk futbolçusu Aleksey Antonovun Ukrayna mətbuatına müsahibəsində azərbaycanlı jurnalistləri qeyri-peşəkarlıqda ittiham etməsinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis "azerisport.com"a açıqlamasında Antonovla bu barədə danışacağını deyib. O, özünün Azərbaycanda idman jurnalistikasının durumundan razı qaldığını bildirib:
"Futbolçular, məşqçilər və jurnalistlər arasında qarşlıqlı hörmət olmaldır. Jurnalistlərə hörmət etməliyik. Hamımız futbolun inkişafına çalışırıq. Mən Antonovun verdiyi müsahibəni oxumamışam. Amma bu barədə ondan soruşacağam. Futbolçularıma da demişəm ki, Azərbaycanda jurnalistikanın səviyyəsi ciddidir və mətbuat nümayəndələri ilə danışarkən diqqətli olmalıyıq. Hətta nəticələr ürəkaçan olmayanda da jurnalistlərlə danışmaqdan imtina etmək olmaz. Qeyri-peşəkar jurnalistlər hər bir ölkədə var. Bütün jurnalistlərlə danışmaq mümkün deyil. Amma yalnız peşəkarla danışıb, qeyri-peşəkarlarla danışmamaq da mümkünsüzdür. O, heç vaxt müsahibə verməkdən imtina etmir. Aleksey çox yaxşı insandır" – deyə R.Qriqorçuk bildirib.