"Prosineçkinin məni oynadacağını hələ məşqlərdə hiss etmişdim" - "Qəbələ"nin futbolçusu

17:27 10 Sentyabr 2015

"Bu, Serbiyayla oyundan fərqli olaraq, rəsmi matç idi. Əsas heyətdə meydana çıxacağımı oyuna 2 gün qalmış bilirdim. Prosineçkinin məni oynadacağını hələ məşqlərdə hiss etmişdim. Sevinirəm ki, həm baş məşqçinin etimadını doğrultdum, həm də güclü rəqiblə oyunda xal qazandıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib. Xorvatiya ilə Bakıda keçirilən oyun Mirzəbəyovun millimizdə rəsmi debütü olub. 25 yaşlı müdafiəçiz daha öncə iyunun 7-də Serbiya yığmasıyla Avstriyada keçirilən yoldaşlıq görüşündə (1:4) forma geyinmişdi. "Qəbələ İK"ya təəssüratlarını bölüşən Məhəmməd "Qəbələ"də olduğu kimi, millidə də rəsmi debütündə nəticə qazandıqlarına görə sevindiyini bildirib: 

 

"Hər halda, Xorvatiya Avropanın ən güclü yığma komandalarından biridir. Təbii ki, belə rəqiblə matçda rəsmi debütüm, onun da uğurlu alınması məni çox sevindirdi. Söz yox, “Real, “Barselona” və “Yuventus” kimi güclü klublarda çıxış edən futbolçulara qarşı oynamaq çətin idi. Ancaq şükür ki, rəqibin güclü təzyiqinə dözdük və xal qazandıq. Əlbəttə, məqsədim, həm də klubumuzu layiqincə təmsil etmək idi. Düşünürəm ki, “Qəbələ”li futbolçular da yaxşı təsir bağışladı".


Digər xəbərlər

Xəbər xətti