Cüdo Federasiyasının İdarə Heyətinin tam tərkibi müəyyənləşdi

17:53 10 Sentyabr 2015

Bu gün Azərbaycan Cüdo Federasiyasının Konfransı keçirilib. Sportarena.az xəbər verir ki, toplantıda qurumun vitse-prezidentləri və baş katibi ilə yanaşı, İdarə Heyəti də formalaşıb. İdarə Heyətinə 12 üzv qəbul olunub.

 

Federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Sadıq Sadıqov, Mikayıl İsmayılov və Elnur Məmmədli, baş katibi Elmar Babanlı ilə yanaşı, Cəbrayıl Cəbrayılov, Ağayar Axundzadə, Nazim Hüseynov, Rasim Muradov, Raqif Abbasov, Cəbrayıl Həsənov və Mövlud Mirəliyev də İdarə Heyətinə üzv seçiliblər.

 

Qeyd edək ki, Cüdo Federasiyasında idman işləri üzrə vitse-prezident vəzifəsini Sadıq Sadıqov cavahdehlik daşıyacaq.


Digər xəbərlər

Xəbər xətti