FİDE şahmatçılara xəbərdarlıq etdi

11:43 11 Sentyabr 2015

Dünya Kuboku-2015-in ilk turundan əvvəl iştirakçı şahmatçılarla toplantı keçirilib. Sportarena.az xəbər verir ki, FİDE rəsmiləri eləcə də hakimlər şahmatçılara oyun zalına gələrkən mobil telefon, saat və qələm götürməməyi xahiş edib.

 

Bildirilib verilib ki, şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaq. Partiyalar başa çatandan sonra belə hakimlər istədikləri şahmatçını təkrar yoxlamaq hüququna malikdi.

 

Qeyd edək ki, şahmat yarışlarında kənar amillərindən köməyindən istifadə olunmamaq üçün belə addımlar atılıb. FİDE hər bir şahmatçını qaydalar çərçivəsində mübarizə aparmağa çağırıb və onların yarış zamanı mobil telefon, digər cihazlardan istifadəsinə qadağa qoyub.


Digər xəbərlər

Xəbər xətti