Qəbələdə "Koreya Səfiri" Kuboku

12:33 11 Sentyabr 2015

Sentyabr 12-də Qəbələdə gənc taekvondoçular arasında “Koreya Səfiri Kuboku”na start veriləcək. Sportarena.az xəbər verir ki, Cənubi Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil ediləcək yarış iki gün davam edəcək.

 

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 1998-2000-ci il təvəllüdlü gənc idmançıları güclərini yoxlayacaqlar. Qalib olan taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 

Yarış Qəbələ şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti