CBC mərkəzi oyunların canlı yayımlanmamasına aydınlıq gətirdi

14:02 11 Sentyabr 2015

Topaz Premyer-liqasının 4-cu turunun müəyyən oyunlarının yayımını elan edən CBC Sport futbol azarkeşlərinin sərt tənqidinə məruz qalıb. Sportrena.az xəbər verir ki, telekanal turun mərkəz oyunları olan “İnter”-“Qəbələ” və “Qarabağ”-“Xəzər-Lənkəran” görüşlərini yox, “Kəpəz-AZAL” və “Rəvan”-“Neftçi” görüşlərini yayımlayacaq.

 

CBC Sport telekanalının baş direktoru İlham Rüstəmov "sportbox.az"a açıqlamasında yaranan vəziyyətə aydınlıq gətirib:

 

"Bu turda biz mərkəz matçları yayımlamayacayıq və anlaşılandır ki, izləyicilərimiz bunu mənfi qarşılayırlar. Lakin qeyd etmək istərdim ki, bu bizim şəxsi istəyimiz deyil. Məsələ ondadır ki, bu turda stadionlar bir-birindən çox uzaqdadır. Hal-hazırda əlimizdə olan daşınan televiziya stansiyaların sayı bütün matçları eyni zamanda yayımlamağa imkan vermir. Bunun üçün oyunları müxtəlif günlərə salmaq lazımdır ki, vaxt məhdudluğu olmasın.Gərək komandalardan müəyyən tarixlərdə oynamalarını xahiş edək.

 

"Qəbələ" və "Qarabağ"a gəldikdə, biz onlara belə bir xahişlə müraciət etməyi heç ağlımızdan belə keçirməmişik, çünki hər iki klub avrokuboklarda iştirak edir və onların artıq dəqiq oyun cədvəli var. Gəlin razılaşaq ki, onlar bu cədvəli yayıma görə pozmamalıdırlar. Azərbaycan klublarının Avropa liqasındakı çıxışı iki teletranslyasiyadan qat-qat vacibdir. Məhz buna görə biz bu turda onları narahat etməmək qərarına gəldik.

 

"Kəpəz" - AZAL görüşünü seçməklə isə biz azərbaycanlı, xüsusi ilə gəncəli azarkeşləri, sevindirmək istəyirdik. Çünki bu cür zəngin futbol tarixinə malik olan klubun Premyer Liqaya qayıtması çox mühüm hadisə sayıla bilər".


Digər xəbərlər

Xəbər xətti