"İnter"inin sabiq futbolçusu Matiya Şpiçiç özünə yeni komanda tapıb. Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını vətənində davam etdirəcək. Xorvatiyalı futbolçu "Osiek"lə rəsmi müqavilə imzalayıb. Lakin sazişin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Osiek" klubu Xorvatiya çempionatında geridə qalan 8 turdan sonra 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Xatırladaq ki, 2013-2015-ci illərdə "İnter"də çıxış edən Şpiçiç keçirdiyi 36 oyunda 6 qol vurub.