"Qarabağ" və "İnter"in futbolçuları həbsxanada - Cavidi görmək üçün

16:03 11 Sentyabr 2015

“Qəbələ”nin üzvü Cavid Hüseynov artıq bir aydan çoxdu ki, həbsdədi. Sportarena.az xəbər verir ki, futbolçunun dostları onu çətin vaxtlarında yalnız buraxmayıb.

 

Belə ki, "Qəbələ"nin sabiq həkim-fizioterapevtdi Rahim Məhərrəmov, "Qarabağ"ın üzvü Qara Qarayev və "İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov dünən həbsaxanaya, futbolçunu ziyarətə gediblər.

 

Bu barədə məlumatı Komanda.az-a Rahim Məhərrəmov verib.

 

Avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində "Qəbələ"nin üzvü Cavid Hüseynovun özü kimi futbolçu olan bibisi oğlu Elşən İsmayılov və onun dostları tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döyülməsində iştirak edən digər şəxslər həbs edilib.

 

Xatırladaq ki, Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə həbs edilib.


Digər xəbərlər

Xəbər xətti