İspaniya millisinin qapıçısı David de Xea karyerasını elə "Mançester Yunayted"də dava etdirəcək. Sportarena.az xəbər verir ki, ulduz qolkiper "qırmızı şeytanlar"la müqaviləsinin müddətini uzadıb. De Xea 2019-cu ilə qədər Mançesterdə qalacaq. Yeni sazişə görə, o, həftəlik 200 min funt qazanacaq.
Qeyd edək ki, de Xeanın "Real"a transferi an məsələsi idi. Hətta klubla futbolçu arasında anlaşma da əldə olunmuşdu. Sadəcə, sənədlərin FİFA-ya gec göndərilməsi keçidin reallaşmasına imkan vermədi.