Messi ikinci dəfə ata oldu

18:55 11 Sentyabr 2015

"Barselona"nın futbolçusu Lionel Messinin ikinci övladı dünyaya gəlib. Sportarena.az xəbər verir ki, bu gün səhər argentinalı hücumçu növbəti dəfə atalıq sevinci yaşayıb.

 

Bu səbəbdən də o, komandasının bugünkü məşqinə qatılmayıb. Körpəyə Benjamin adı verilib.

 

Qeyd edək ki, Messinin Tyaqo adlı üç yaşlı oğlu da var.


Digər xəbərlər

Xəbər xətti