Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasında atletika, üzgüçülük və şahmat yarışlarının ardınca darts, kəndirdartma və dama yarışlarına da yekun vurulub. Sportarena.az xəbər verir ki, Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən yarışlarda darts növündə qadınlar və kişilər arasında Neft Kəmərləri İdarəsinin komandası liderliyi heç kəsə güzəşt etməyib. Heydər Əliyev adına Neft Emalı Zavodu hər iki cinsin nümayəndələri arasında ikinci olub. Qadınlar arasında "Neft Daşları” NQÇİ, kişi komandalarından isə "Siyəzənneft” NQÇİ 3-cü yerə çıxıb.
Kəndirdartma yarışında Heydər Əliyev adına NEZ-in İlqar Əliyev, Paşa Novruzov, Elvin Cəfərov, Nurulla İsgəndərov, Zamin Əsədov və Arif Qədimovdan ibarət komandası liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi (Rafiq Əliyev, Rüstəm Cəfərov, Elşad Rzayev, İntiqam Cəlilov, Hüseyn Əliyev, Fuad İsmayılov) 2-ci, "Qaz İxrac” İdarəsinin komandası (Hikmət Əliyev, Rövşən Şahsuvarov, Emin Ağayev, Rüfət Məmmədov, Ramin Səfərov, Anar Məhərrəmov) isə 3-cü yeri tutub.
Dama növündə də Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası birinci olub. Neft Kəmərləri İdarəsi və Nəqliyyat Departamentinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.
Hər üç idman növü üzrə qaliblərə klubumuzun diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən spartakiada davam edir.