"Qarabağ"ı yeni transferi sevindirdi, "Qəbələ" uduzdu, "Kəpəz"in ilk qələbəsi - YENİLƏNİB

22:25 12 Sentyabr 2015

Bu gün Topaz Premyer Liqasında IV tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

 

Tur qərb bölgəsində start götürüb. "Kəpəz" Gəncədə AZAL-ı qəbul edib. Mövsümə 2 heç-heçə, 1 məğlubiyyətlə başlayan "Kəpəz" ilk qələbəsini qazanmaq arzusunda idi. "Təyyarəçilər" də uğursuzluğa məhz ölkənin ikinci ən böyük şəhərində son qoymağa çalışırdı. Görüşün taleyini bir qol həll edib. Dari Juniorun vurduğu qol "Kəpəz"ə mövsümdə ilk qələbəni qazandırıb.

 

Günün digər iki oyunu isə paytaxtda baş tutub. Liderlər qrupunda qərarlaşan "Qəbələ" "İnter"in qonağı olub. Əyalət təmsilçisi "bankirlər"i də mğlub edib, uğurlu seriyanı davam etdirmək arzusunda idi. Amma meydan sahibləri buna imkan verməyib və 2:1 hesablı qələbə qazanıblar.

 

Turun mərkəzi oyununda isə "Qarabağ" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəliblər. Hər iki komanda meydanı 3 xalla tərk etmək niyyətində idi. İkinci hissəsnin sonlarına doğru səhnəyə çıxan "Qarabağ"ın yeni transferi Samuel Armenteros komandasına vacib qələbə qazandırıb.

 

Topaz Premyer Liqası, IV tur

12 sentyabr

16:00. “Kəpəz” – AZAL 1:0
Qol:
Dario Junior, 28

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov
Gəncə şəhər stadionu

 

20:00. “İnter” – “Qəbələ” 2:1
Qollar:
Dieqo Martins, 9, 29 - Aleksey Antonov, 85

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“İnter Arena”

 

20:30. “Qarabağ” – “Xəzər Lənkəran” 1:0
Qol:
Samuel Armenteros, 73

Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
“Dalğa Arena”


Digər xəbərlər

Xəbər xətti