Sentyabrın 13-dən etibarən Lənkəranda yeni və möhtəşəm turnir start götürür. Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, Lənkəran Futbol Liqası çempionatının təkilatçısı Vaqif Rəşidovdur. Qeyd edək ki, Vaqif bəyin bundan öncə təşkil etdiyi çoxlu sayda turnirlərdən fərqli olaraq bu dəfəki yarış sırf çempionat formatında keçiriləcək və hər həftə bir tur olmaqla bir neçə ay ərzində davam edəcək.
Əlavə olaraq bildirək ki, Lənkəran Futbol Liqasının çempionatı heç bir hökumət və ya qeyri hökumət təşkilatı tərəfindən keçirilmir və maliyyələşmir. Həmçinin turnirin keçirilməsində heç bir şəxsin maddi yardımından, sponsorluq xidmətindən istifadə olunmur. Bütün təşkilatı və digər məsələlər şəxsən Vaqif Rəşidovin iştirakı və rəhbərliyi ilə həll edilir.