"Bura yalnız qızıl medal qazanmaq üçün gəlmişdim" - Xetaq Qazyumov

14:29 12 Sentyabr 2015

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatında bürünc medal qazanan Xetaq Qazyumov yarışla bağlı fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, Qazyumov göstərdiyi nəticədən razı qalmadığını bildirib:

 

"Nəticədən razı qalmadım. Bura yalnız qızıl medal qazanmaq üçün gəlmişdim. Ancaq qızıl medal qazana bilmədim. Bununla belə, bürünc medal və Rio-de Janeyro Olimpiyadasına lisenziya qazandığım üçün şadam. Azarkeşlərə təşəkkür edirəm".


Digər xəbərlər

Xəbər xətti