"Mübariz Mənsimov komanda ilə tez-tez maraqlanır" - Tuyqun Nadirov

15:41 12 Sentyabr 2015

"İndiyə kimi heç vaxt hansısa futbolçu maaşların gecikməsi ilə bağlı bizə şikayət etməyib".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Bugün keçirilən mətbuat konfransında danışan klub rəsmisi son vaxtlr komanda haqda gəzən söz-söhbətlərə aydınlıq gətirib:

 

"Hər şeyin ideal olduğunu da deməzdim. Kiçik gecikmələr olur, amma hər kəsin pulunu ödəyirik. Oyunçuların müqavilələrində hətta maaşların neçə günlük gecikməsinin mümkünlüyü də qeyd olunub. "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da daim bizimlədir. O da klub prezidenti Mais Mənsimov kimi komandanın vəziyyəti ilə tez-tez maraqlanır".


Digər xəbərlər

Xəbər xətti