"Təbii ki, FİFA-nın qadağası işimizi çətinə salır. Baş məşqçimizin də planı var idi. Yeni transferlərimiz də oynamaq istəyirlər. Çünki onların arasında milli üzvləri də var".
Sportarena.az "Futbolxeber.az"a istinadən xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi son zamanlar mətbuatda Ruslan Abışov və Vüqar Nadirovun “Neftçi”yə keçəcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib:
"FİFA-nın qərarı bizə zərbə vurur. Amma "Xəzər Lənkəran" bu məsələdə haqlıdır. Sona qədər haqqımızı qorumağa çalışacağıq. Daha əvvəl də CAS-da FİFA-ya qalib gəlmişik. İnanıram ki, yenə də haqlı olduğumuzu göstərəcəyik. Qərar çıxarılandan sonra da futbolçularla danışığımız oldu. Bu gün “Qarabağ”la görüşdən sonra yenə də söhbət edəcəyik. Hazırda gözləməliyik. Çünki bu cür hallar bütün dünyada olur. Ümid edirəm ki, qarşıdakı günlərdə müsbət qərar veriləcək. Ona kimi gözləməliyik. Ruslan Abışov və Vüqar Nadirov da komandada qalırlar. Onlar "Neftçi"yə keçmirlər”.