"Oyun gərgin alındı. Bundan öncəki 3 görüşdə yüksək səviiyyəli, hücumameyilli futbol oynasaq da, nəticə qazana bilməmişdik. Bunun gərginliyi vardı. Stadiona gələn azarkeşlər bizdən qələbə gözləyirdilər. Futbolçular üzərlərində böyük yük hiss edirdilər. Oyunçularım səhv etməkdən qorxurdular. Amma buna baxmayaraq, qələbə qazandıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın IV turunda AZAL üzərində 1:0 hesablı qələbəni şərh edibr:
"Etiraf edim ki, bu gün nəticə üçün oynadıq. Qazanılan qələbə, ümid edirəm ki, növbəti oyunda da işimizə yarayacaq. Azarkeşlər, jurnalistlər kimi mən də hücumçudan qol gözləyirəm. Məncə, zaman keçdikcə Aleksandr öz üzərinə düşən işi həyata keçirəcək. Hazırda yaxşı oyunçu tapmaq çətindir. Amma qışda bunun üçün imkanımız olacaq. Turnir cədvəlindəki yerimizə uyğun olaraq, transferlər edəcəyik".