Zaur Svanadze: "Məni narahat edən əsas problem..."

22:36 12 Sentyabr 2015

"Çətin oyunda 3 xalı qazana bildik. İlk hissədə hesab 2-0 olarkən, çox çətin anlar yaşadıq. İkinci hissədə isə vəziyyəti bir qədər düzəltdik, daha çox hücumlar qurduq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Premyer Liqanın IV turunda "Qəbələ" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edən gürcü mütəxəssis rəqibə Avropa Liqasının qrup mərhələsində uğurlar arzulayıb: 

 

"Qələbə qazandığımız üçün çox şadam. Oyunçuları təbrik edirəm. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram".

 

Svanadzenin fikrincə, onu hazırda narahat edən əsas problem Rauf Əliyevin aldığı zədədir: "Onun zədəsi ilə bağlı indi konkret danışa bilməyəcəyəm. Müayinədən sonra hər şey məlum olacaq".


Digər xəbərlər

Xəbər xətti