Premyer Liqanın IV turunda səfərdə "İnter"in qonağı olan "Qəbələ" 1:2 hesabı ilə uduzub. Sportarena.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçukun məğlubiyyət şərhi belə olub:
"Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür. Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".