"Mən ilk növbədə istəkli kollektiv yaratdığına görə Yunis Hüseynovu təbrik edirəm. Hər iki komandanın azarkeşlərinə minnətdaram".
Sportarena.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur. Premyer Liqanın IV turunun "Xəzər Lənkəran"la oyunu haqda danışan mütəxəssis komandasından razı qalıb:
"Futbolçularıma təşəkkür edirəm ki, qələbə üçün əllərindən gələni etdilər. Qələbə qazanmasaydıq belə, mən oyunçulardan razılığımı bildirəcəkdim. Çünki meydançada düzgün mübarizə aparırdılar. Futbolçular dinamik komandaya qarşı süni örtüklü meydançada çıxış etdilər. Rəqib oyunun ilk dəqiqəsindən meydançanın hər qarışı uğrunda mübarizə aparırdı".
Qurbanov sentyabrın 17-də Avroliqanın qrup mərhələsi çərçivəsində "Tottenhem"ə qarşı keçirəcəkləri oyuna da toxunub: "Bizim qarşıdan “Tottenhem”ə qarşı ağır oyunumuz gəlir. Həmin oyuna qədər kollektivi optimal vəziyyətə gətirməliyik".