Ruslan Abışov və Vüqar Nadirov bu yay transfer olduqları "Xəzər Lənkəran"dan ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Lənkəran klubunun baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağl" oyundan sonra keçirdiyi mətbuat konfransında məlumat verib. Futbolçular "Xəzər Lənkəran"a verilən transfer cəzası səbəbindən bu addımı atıb.
Qeyd edək ki, FİFA "Xəzər Lənkəran"a yalnız növbəti transfer pəncərəsindən etibarən heyətinə futbolçu qata bilməsinə icazə verib. Növbəti transfer pəncərəsinin 2016-cı ilin yanvarında olduğunu nəzərə alsaq, "Xəzər Lənkəran" yayda transfer etdiyi futbolçuların xidmətindən yalnız mövsümün ikinci yarısında istifadə edə biləcək.