Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasında mini futbol və voleybol yarışlarına yekun vurulub. Sportarena.az xəbər verir ki, hər iki idman növündə ilk üç yerin sahibləri bəlli olub və mükafatlandırlıblar.
Mini futbol yarışlarında birinci yeri Suraxanı OİL idarəsinin kollektivi qazanıb. Turnirin ikinci ən güclü komandası isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin futbol komandası olub. Üçüncü yeri isə Ekologiya İdarəsinin futbolçuları tutub.
Gərgin mübarizə şəraitində keçən voleybol yarışlarında da qaliblərin kimliyi bilinib. XXIII Spartakiadanın voleybol üzrə qalibi İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandası olub. İkinciliyi “Neft Daşları” NQÇİ-nin kollektivi, üçüncü yeri isə Azərkimya İB-nin komandası qazanıb.