"Neftçi" 10 nəfərlə qələbə qazandı, Sumqayıtda qol olmadı - YENİLƏNİB

22:53 13 Sentyabr 2015

Bu gün Topaz Premyer Liqasında IV tura yekun vurulub. Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

 

Günün ilk görüşü Sumqayıtda olub. Şəhərin eyniadlı təmsilçisi doğma azarkeşləri önündə "Zirə"ni qəbul edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla 2-ci pilləyə kimi yüksələ bilərdilər. Ancaq oyunda hesab açılmayıb.

 

Tura paytaxtda yekun vurulub. Son oyunda "Rəvan" "Neftçi"ni sınağa çəkib. Görüş hər iki komanda üçün önəm daşıyırdı. "Neftçi" liderlər qrupundan ayrı düşməmək,"Rəvan" isə son pillələrdən yaxa qurtarmaq üçün mütləq qələbə qazanmalı idi. Rəqibini 3:1 hesabı ilə məğlub edən "ağ-qaralar" xallarının sayını 7-yə çatdırıblar.

 

Premyer Liqa, IV tur

13 sentyabr

 

 

19:00. “Sumqayıt” – “Zirə” 0:0

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
Sumqayıt şəhər stadionu.

 

21:00. “Rəvan” – “Neftçi” 1:3
Qollar:
Nicat Muxtarov, 70 - Fəhmin Muradbəyli, 24, 82, Rəhman Hacıyev, 40

Qırmızı vərəqə: Aylton, 57

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Bakı. “Bayıl Arena”


Digər xəbərlər

Xəbər xətti