Türkiyə PTT 1-ci liqasında 4-cü turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Boluspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Kamran ilk iki turda olduğu kimi, bu dəfə də start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki "Karşıyaka" 4 turdan sonra 5 xalla doqquzuncu pillədə qərarlaşıb.