İngiltərə Premyer Liqasında V turun oyunları davam edir. Sportarena.az xəbər verir ki, "Tottenhem" də növbəti sınağına çıxıb. Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan hutsburqlular "Sanderlend" səfərinə yollanıblar.
Bakı vaxtı ilə 17:30-da başlayan matçın taleyini 1 qol həll edib. Rayan Masonun 82-ci dəqiqədə vurduğu qol "Tottenhem"ə minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsində ilk oyununu məhz "Tottenhem"ə qarşı keçirəcək. İngilis klubu ilə oyun sentyabrın 17-si, saat 22:00-da başlayacaq.