"Zirə" Premyer Liqada ilk mövsümünü keçirsə belə, yaxşı kollektiv qura bilib. Bütün bunları nəzərə alıb, matçın ağır keçəcəyini bilirdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Gənc mütəxəssis Premyer Liqanın IV turunda "Zirə" ilə qolsuz bərabərliyi şərh edib:
"Mən nəhayət ki, 4-cü turda komandamın futbol oynadığını gördüm. Mübarizə və istək vardı. Biz azlıqda qaldıqdan sonra rəqib daha üstün oynadı. Bütün bunlara rəğmən, futbolçulardan razıyam. Aleksandr Çertoqanov qırmızı vərəqə aldığına görə cəzalandırılacaq. İlk turdan sonra Ağabala Ramazanovu da cəzalandırmışdıq".