"Rəvan" çox komandanın başını ağrıdacaq" - Samir Əliyev

23:23 13 Sentyabr 2015

"Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib. Premyer Liqanın IV turunun son oyununda "Rəvan" üzərində qələbəni şərh edən gənc mütəxəssis sözlərinə bu cür davam edib:

 

"İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə alqıdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq".

 

Əliyev növbəti turda "Xəzər Lənkəran"la baş tutacaq "Böyük oyun"a datoxunub: "Bundan sonra “Xəzər Lənkəran”la oyunu düşünəcəyik. Həmin oyun derbidir, amma bizim üçün komandanın fərqi yoxdur. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır".


Digər xəbərlər

Xəbər xətti