Topaz Premyer Liqasının IV turuna “Bayıl Arena”da keçirilən “Rəvan” – “Neftçi” görüşü ilə yekun vurulub. Sportarena.az xəbər verir ki, görüş "Rəvan" 1-3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın baş məşqçisi Emin Quliyev qarşılaşma haqda fikirlərini açıqlayıb:
"Futbolçularımdan çox narazıyam. Səhvlərdən sonra qapımızda qollar gördük. Bizə mütləq bir mərkəz hücumçusu lazımdır. Hakim oyuna cəmi 4 dəqiqə əlavə etdi. Hakimlikdən danışmaq istəmirəm".