"Neftçi"nin baş məşqçisi Samir Əliyev "Xəzər Lənkəran"ın hücumçusu Vüqar Nadirovun paytaxt klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sportarena.az xəbər verir ki, gənc çalışdırıcı millimizin üzvünün transferinin gündəmlərində olmadığını söyləyib:
"Vüqar Nadirovun "Neftçi"yə keçmək ehtimalına gəlincə, həmin futbolçu gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları azərbaycan futboluna qazandıraq".
Qeyd edək ki, FİFA-nın məlum qadağasına görə Rsulan Abışovla yanaşı, Vüqar Nadirov da "Xəzər Lənkəran"dan ayrılıb.