"Sevindirici haldır ki, bir oyunda iki qol vurdum. Məşqçilər heyətinə təşəkkürümü bildirirəm ki, şans verdilər. Dünən yatmamışdan əvvəl də bunu düşünürdüm ki, bu oyunda özümü doğrultmalıydım. Şükürlər olsun ki, bu gün yaxşı oynadım".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli deyib. Premyer Liqanın IV turunun "Rəvan"la oyununda duble edən gənc forvard qarşılaşma ilə bağlı fikirlərini "CBC Sport"a açıqlayıb:
"10 nəfər qalanda sonra "Rəvan" pressinq edirdi. 3-cü qolu vurandan sonra əminliyimiz artdı. Hamı oyunda can yandırdı. Bu gün qələbəyə layiq idik.
İstedadlı futbolçu növbəti turda baş tutacaq "Böyük oyun"a da toxunub: "Uşaq vaxtı hücumçu oynamışam, Samir müəllim də demişdi ki, istəyəndə Arazla yerinizi dəyişə bilərsiz. Növbəti turda "Xəzər Lənkəran"la oyunda da start heyətdə meydana çıxmaq və qol vurmaq istəyirəm. Azərbaycanın "Böyük oyun"udur".