Azərbaycanlı boksçu dünya çempionu oldu

11:15 14 Sentyabr 2015

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. Sportarena.az xəbər verir ki, komanamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

 

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda ABŞ boksçusu Mark Kastroya uduzaraq, bürünc medala layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti