"Qəbələ" - PAOK oyununun hakimləri müəyyənləşdi

15:53 14 Sentyabr 2015

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qəbələ" - PAOK matçının hakimləri müəyyənləşib. Sportarena.az xəbər verir ki, oyun ispaniyalı hakimlərə həvalə olunub.

 

Görüşün baş hakimi olacaq Xavyer Estradaya həmyerliləri Miqel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü referi funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 17-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - PAOK oyunu saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti