Mançesterdən azərbaycanlı hakimə təşəkkür

17:10 14 Sentyabr 2015

Mançester şəhərinin futbolun inkişaf meneceri Devid Kut tərəfindən AFFA-ya məktub daxil olub.

 

Sportarena.az xəbər verir ki, məktubda qeyd olunub ki, Rauf Cabbarovun 2014-cü ilin sentyabrından İngiltərənin Mançester şəhərində yarımpeşəkar futbolçular arasında təşkil edilən yarışlarda yüksək səviyyədə hakimlik edib.

 

Cabbarovun məşqlərə, yarışlara qatıldığını, hakimlik bacarığını inkişaf etdirmək istiqamətində səylə çalışdığını və Azərbaycanı İngiltərədə layiqincə təmsil etdiyini qeyd edən müəllif ona gələcək karyerasında uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti