Premyer Liqanın V turunda əzəli rəqibi "Neftçi" ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün məşqlərə başlayır.
Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, komanda 2-günlük istirahətini yekunlaşdıraraq bu gün, sentyabrın 15-də səhər saatlarından başlayaraq doğma şəhərdə bir araya gələcək. Toplandıqdan sonra komanda mövsümün ilk "Böyük oyun"unun hazırlıqlarına start verəcək.
Xatırladaq ki, FİFA-nın transfer qadağasının müddəti uzadıldıqdan sonra Ruslan Abışov, Vüqar Nadiorv və Rəşad Əyyubov komandanı tərk ediblər. Bunacan isə Vaqif Cavadov yola salınmışdı. Yenilərdən iki legioner Dieqo Souza və Limamm Seydinin sonrakı taleyi hələ məlum deyil. Hazırkı əsasən gənclərdən ibarət yarımçıq heyətin yeganə qaradərili üzvü Sadio Tounkara da hələlik komandaya kömək edə bilmir.