Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem"in qonağı olacaq son Azərbaycan çempionu "Qarabağ"ın sabah Lomdona yollanacağı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu matçdan sonra Bakıya yox, Gəncəyə qayıdacaq. Buna da səbəb Azərbaycan Premyer Liqasının növbəti - 5-ci turunda"Kəpəz"in qonağı olmasıdır. Komanda həmin oyunun hazırlıqlarına məhz Gəncədə davam etdirəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 17-si Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.