FİFA-nın məlum qadağasına görə "Xəzər Lənkəran"da "yarpaq tökümü" davam edir. Sportarena.az xəbər verir ki, Vüqar Nadirov və Ruslan Abışovun "Qəbələ"yə gedişindən sonra daha bir futbolçu cənub klubunu tərk edib. Belə ki, mövsümün sonunda "Simurq"dan transfer olunan Rəşad Eyyubovla da yollar ayrılıb.
Gənc yarımmüdafiəçinin yeni klubu da müəyyənləşib. Rəşad karyerasını "Kəpəz"də davam etdirəcək. O, artıq Gəncə təmsilçisi ilə müqavilə imzalayıb.