AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Sportarena.az xəbər verir ki, Mehtiyeva qadınlar arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 22-də, Qazaxıstanın Astana şəhərində keçiriləcək Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq.
Bu, K.Mehtiyevanın beynəlxaq oyuna ilk təyinatıdır.