I dvizionda biabırçılıq: Əvəzetmə limitini pozan kluba texniki məğlubiyyət verildi

14:21 15 Sentyabr 2015

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Sportarena.az xəbər verir ki, keçirilən iclasda I Divizion klubları da cəzalanıb:

 

I Divizionun I turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 

I Divizionun I turunun “Bakı” – “Şerurspor” matçının 42-ci dəqiqəsində “Şərurspor” klubunun 5 №-li futbolçusu Hidayət Bəylərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun I turunun “Energetik” – “Neftçala” matçının 86-cu dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

I Divizionun I turunun “Göyəzən” – “Bakılı” matçında “Bakılı” klubu əvəzetmə limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçın hakim inspektoru və hakimlər briqadası haqqında hər iki komitə lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

 

I Divizionun I turunun “Şahdağ” – MOİK matçının 87-ci dəqiqəsində hər iki klubun təqsiri nəticəsində oyunda məcburi fasilələr yaranmışdır. Oyunun başa çatmasına baxmayaraq baş vermiş iğtişaşlara görə hər iki klub 300 manat cərimə olunur.

 

Bu hal yenidən təkrar olunarsa hər iki klub daha ciddi şəkildə cərimə olunacaqdır.


Digər xəbərlər

Xəbər xətti