PFL yenə "Qəbələ"nin oyununun vaxtını dəyişdi

17:57 15 Sentyabr 2015

“Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Sportarena.az xəbər verir ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Sumqayıt”la görüşün vaxtının dəyişdirilməsini xahiş edib.

 

PFL əsasnaməni nəzərə alaraq, “Qəbələ”- “Sumqayıt” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi, 20 sentyabrda deyil, 21 sentyabrda keçirilməsinə qərar verib.


Digər xəbərlər

Xəbər xətti