"Qəbələ" PAOK-la oyuna doğma məkanda hazırlaşır

18:24 15 Sentyabr 2015

Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ” I turun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqamızın IV turunun “İnter”lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən "qırmızı qaralar" qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır.

 

Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun komandası bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə paytaxtda qarşılaşmanın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda gerçəkləşəcək.

 

Xatırladaq ki, “Qəbələ” – PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti