"Xəzər Lənkəran" 2 legionerlə yol ayrımında

18:43 15 Sentyabr 2015

"Xəzər Lənkəran"a qoyulmuş məlum transfer qadağasına görə 3 futbolçu - Ruslan Abışov, Rəşad Eyyubov və Vüqar Nadirovun komandadan ayrıldığı barədə məlumat vermişdik. Sportarena.az xəbər verir ki, komandaya qoşulmuş yeni legionerlər isə hələlik CAS-ın "Xəzər Lənkəran" haqda qərarını gözləyirlər.

 

Klubdan sportal.az-a verilən məlumata görə, CAS cənub klubunun xeyrinə qərar verməsə, iki yeni transfer Pavel Kapsa və Liman Seydi başqa Premyer Liqa təmsilçilərinə icarə əsasında transfer olunacaq.


Digər xəbərlər

Xəbər xətti