"Neftçi"nin Müşahidə Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın fəxri üzvü seçilib. Sportarena.az "trend"ə istinadən xəbər verir ki, bununla bağlı bu gün təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimindəAzərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, dünya ədəbiyyatında yazıçı Çingiz Abdullayev siyasi detektiv əsərləri ilə tanınır.
Onun sözlərinə görə, Çingiz Abdullayevin əsərlərində əsas mövzular dünyada baş verən kriminal hadisələrdir:
"Bir çox dünya ölkələrində, o cümlədən Ukraynada Çingiz Abdullayevin kitabları sevilərək oxunur. Çingiz Abdullayev bu gün dünyanın əksər ölkələrinin tanıdığı və əsərlərinin sevilə-sevilə oxunduğu yazıçıdır. Bu səbəbdən də bir sıra nüfuzlu mükafatlara, adlara layiq görülüb".
Ç.Abdullayev çıxışında onu bu yüksək ada layiq gördükləri üçün təşəkkürünü bildirib.