"Xəzər Lənkəran" "Böyük oyun"un hazırlıqlarına başladı

12:47 16 Sentyabr 2015

Premyer Liqanın V turu çərçivəsində sentyabrın 20-də “Neftçi” ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlara start verib. Sportarena.az xəbər verir ki, komanda sentyabrın 15-də günün birinci yarısından başlayaraq Lənkəranda bir araya gəlib.

 

Cənublular saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb. Hazırlıq prossesində yeni legionerlər Seydi Limmam və Pavel Kapsa da iştirak ediblər.

 

Əzələsini darataraq zədələnən Dieqo Souza isə hazırda Bakıda müalicəsini davam etdirir. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti