Bakı 2024-cü il olimpiadasına namizədlikdən niyə imtina etdi?

14:32 16 Sentyabr 2015

Bakı şəhəri 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməməyi qərara alıb. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

 

Onun sözlərinə görə, səbəb Azərbaycanda yaxın illərdə keçiriləcək nüfuzlu yarışların təşkilati işlərinin böyük ciddilik tələb etməsidir: "Bakı şəhəri qarşıdakı illərdə çox böyük turnirlərə ev sahibliyi edəcək. 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup və 1/4 final matçlarının təşkili çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq, namizədliyimizin verilməməsi qərara alınıb".

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərin siyahısını açıqlayıb. Siyahıda Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) yer alıb. Bakı ilə yanaşı, Əhmədabad (Hindistan) və Toronto (Kanada) namizədlikdən imtina edib. Qalib şəhərin adı 2017-ci ildə açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti