Avropa Liqasında "Qəbələ"nin rəqiblərindən olan Dortmund "Borussiya"sı qrupdakı ilk oyununu "Krasnodar"a qarşı keçirəcək. Sportarena.az xəbər verir ki, almanlar bu görüşə ciddi itki ilə çıxacaqlar.
Belə ki, "Borussiya"nın aparıcı üzvü Marko Roys ruslarla matçı buraxacaq. Ayaq barmağı qırılan 26 yaşlı futbolçunu həkimlər hazır vəziyyətə gətirə bilməyiblər.
Qeyd edək ki, Roysun barmağı Bundesliqanın III turunda "Herta" ilə matçda qırılmışdı.