Daha bir futbolçu "Xəzər Lənkəran"dan ayrılır - RƏSMİ

17:56 16 Sentyabr 2015

FİFA-nın məlum qadağasına görə, yeni trasnferləri ilə vidalaşan "Xəzər Lənkəran" daha bir legioneri ilə yol ayrımındadı. Klubdan Sportarena.az-a verilən məlumata görə, Dieqo Souanın da komandadan getməsi gündəmdədi. Braziliyalı yarımmüdafiəçi karyerasını paytaxtda davam etdirəcək.

 

Belə ki, "Zirə" təcrübəli futbolçunun xidmətində maraqlıdı. Artıq danışıqlar prosesinə start verilib. Hələlik rəsmi anlaşma olmasa da, "sambaçı"nın debütant komandaya keçəcəyi güman olunur.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" Souzadan öncə Vaqif Cavadov, Vüqar Nadirov, Ruslan Abışov və Rəşad Eyyubovla yollarını ayırıb.


Digər xəbərlər

Xəbər xətti