Premyer Liqanın V turu çərçivəsində səfərdə “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığı start verib. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "ağ-yaşıllar" Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir.
Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkaranın "Böyük oyun"da meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil.
Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək "Xəzər Lənkəran" sonra matç üçün paytaxta yola düşəcək.
Xatırladaq ki, qarşıdakı "Böyük oyun" sentyabr ayının 20-də, saat 21.00-da "Bakcell Arena"da baş tutacaq.